Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Yevlaxda qətl hadisəsi, ər həyat yoldaşını öldürüb

Yevlaxda qətl hadisəsi, ər həyat yoldaşını öldürüb


Yevlax rayonunda ağır qətl hadisəsi baş verib.

Newscenter.az xəbər verir ki, rayonun Elçin Ağayev küçəsinin sakini Mətləb Şükürov həyat yoldaşı Ləman Şükürovanı qətlə yetirib.

Hadisə şahidlərinin verdiyi xəbərə görə, Mətləb Şükürov həyat yoldaşını yaşadığı evin qarşısında, küçədə qonşuların gözü qarşısında öldürüb. İşdən evə qayıdan həyat yoldaşına bıçaqla hücum edən Mətləb Şükürova qonşular mane olmağa çalışsalar da, lakin qatil ətrafdakılara da bıçaq zərbəsi endirməyə cəhd göstərib və cinayətinin reallaşmasına əngəl olmaq istəyənləri zərərsizləşdirərək həyat yoldaşını amansızcasına qətlə yetirib. Qatil sonda özünə də bir neçə bıçaq zərbəsi endirib. Lakin həkimlər onun həyatını xilas etməyə müvəffəq olublar.

Qətl hadisəsini törədən Mətləb Şükürov polis əməkdaşları tərəfindən həbs edilib.

Qeyd edək ki, cinayətkar davamlı narkotik istifadəçisi və satıcısı olub. O bir neçə dəfə həbs həyatı yaşayıb.

Anar Əliyev
Xəbəri paylaş