Newscenter.az.16.03.2020. Koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması tədbirləri, eləcə də insanların sıx toplaşdıqları yerlərin qapadılmasına dair tövsiyələr nəzərə alınmaqla “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinin fəaliyyətində martın 15-dən 20-dək məhdudlaşma aparılıb.
“Azəriqaz” İstehsalat Birliyindən Newscenter.az-a verilən məlumata görə, müştəri xidmətlərinin göstərilməsi baxımından bu mərkəzlərlə sıx bağlılığı olan "Azəriqaz" İstehsalat Birliyi də bu gündən etibarən yalnız Heydər Əliyev prospektində yerləşən 5 saylı "ASAN xidmət" mərkəzində bir pəncərədə ən zəruri xidmətləri icra edir. Həmin xidmətlər aşağıdakılardır:
1. İtirilmiş və ya zədələnmiş smart kartların bərpası;
2. Yeni qazlaşma nəticəsində quraşdırılmış smart tipli sayğacın kartının verilməsi;
3. Qüsurlu ödənişlərin bərpası;
4. Smart tipli sayğacların əvəz olunması səbəbindən yeni smart kartların verilməsi;
5. Koda düşmüş kartların bərpası;
6. Qaz sərfiyyatına görə dəymiş ziyanın ödənilməsi.
Qeyd edək ki, sadalanan xidmətlərlə bağlı vətəndaşlar martın 20-dək Birliyin Mərdəkan, Xırdalan və Sabunçu xidmət sahələrinə də müraciət edə bilərlər.
Zaur