Newscenter.az.16.03.2020. “Vaqif Mustafazadə... Bu ad hər birimizdə ən xoş duyğular oyadır. Qısa, lakin mənalı ömür yaşadı. O, dərin köklərə malik qədim Azərbaycan muğamı ilə caz musiqisini uğurlu sintez edərək dünya musiqi inciləri xəzinəsinə caz-muğamın təkrarolunmaz nümunələrini bəxş etdi. Qəlbləri titrədən gözəl melodiyaları və ritmləri milli musiqi irsimizi daha da zənginləşdirdi və bütün dünyada tanıtdı”.
“Report” xəbər verir ki, bu fikirlər Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın “Instagram” səhifəsində yer alıb.
Mehriban Əliyeva bildirib ki, 80 illiyi qeyd olunan Vaqif Mustafazadənin adı və yaradıcılığı yaşayır və daim yaşayacaqdır.
“Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndəsi Vaqif Mustafazadənin xatirəsinə ehtiram əlaməti olaraq Heydər Əliyev Fondu tərəfindən 2012-ci ildə bəstəkarın həyat və yaradıcılığından bəhs edən musiqi albomu nəşr edilmiş, yaxın zamanlarda isə əsaslı yenidənqurma işləri aparılan Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq incəsənət məktəbi istifadəyə veriləcəkdir”.