Newscenter.az.16.03.2020. Rusiya hökuməti bu gündən Azərbaycan və Özbəkistanla dəmiryolu əlaqələrini müvəqqəti dayandırdı.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Rusiya dəmir yolları” SC-nin açıqlamasında bildirilir.
Açıqlamaya görə, bu addım COVİD-19 virusunun yayılmasına qarşı görülən tədbirlər çərçivəsində atılıb və əlavə göstəriş verilənədək davam edəcək. Ləğv edilmiş qatarlara biletlər əlavə haqq ödəmədən qaytarıla bilər.