Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

TƏBİB sədri: “Təhlükə görsək, fövqəladə vəziyyət elan edilməsi üçün hökumətə müraciət edəcəyik”



Newscenter.az.16.03.2020. “Ölkəmizdə koronavirus infeksiyasının yayılması intensivliyi ciddi nəzarət altındadır. Karantində saxlanılanların bir qismi Bakı, digərləri rayonlardakı xəstəxanalardadır. Ağır halda olanlar Bakıda müvafiq xəstəxanalarda, daha yüngül vəziyyətdə olanlar rayonlardakı xəstəxanalardadır”

“Report”un xəbərinə görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı jurnalistlərə açıqlamasında deyib.

Azərbaycanda koronavirusla mübarizə ilə əlaqədar fövqəladə vəziyyət elan edilməsinə ehtiyac olub-olmamasına gəlincə, TƏBİB-in İdarə Heyətinin sədri qeyd edib ki, bu, vəziyyətdən asılıdır:

“Əgər belə bir təhlükə görsək, dərhal müvafiq qurumlara, hökumətə müraciət edərik. Ancaq bu gün infeksiyanın yayılma intensivliyi və prosesi nəzarətdə saxlamağımız buna qəti surətdə əsas vermir. Avropanın bir sıra ölkələri fövqəladə vəziyyət elan edib, amma Azərbaycanda vəziyyət elə deyil. Bizdə koronavirusla bağıl intensivlik o həddə deyil, ona görə də buna ehtiyac yoxdur”.
Xəbəri paylaş