Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dünya böyük bir sınaq qarşısındadır



Natiq Axundov: "Allahın verdiyi ömrü şərəflə yaşayın"

Newscenter.az.27.03.2020.
İlin, günün bu vaxtında belə bir cızma-qara etmək istəməzdim. Amma susduqca görürəm ki, bəzi dırnaqarası sosial şəbəkə qəhrəmanlarının işləyən tək bir çənələri boş-boş çox açılıb yumulur.

Bu gün bütün dünya böyük bir sınaq qarşısındadır və “koronavirus” deyilən bir düşmənə qarşı mübarizə aparır. O cümlədən, Azərbaycan dövləti də.. Dövlətin bütün strukturları infeksiyanın yayılmasının qarşısının alınması üçün gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Bu amansız düşmənə qarşı mübarizədə gömrük orqanları ön sıralardadır. Gecəsini gündüzünə qatan, 7/24 durmadan çalışan gömrük əməkdaşları öz həyatları bahasına olsa da belə qürurla xalqımıza xidmət edir. Bununla qürrələnmirik, dövlətə, xalqa xidmət bizim borcumuzdur. Sadəcə bir az vicdanınız olsun (əgər varsa). Lakin bunu görməzdən gələrək heç bir fakta əsaslanmayan məlumatlarla gömrük orqanlarına şər-böhtan atanlara, “məlumatlı mənbə”, “deyilənlərə görə” kimi frazaları işlədərək öz kiçik ağılları ilə böyük dərs verməyə çalışanlara sadəcə yazığım gəlir. Sifariş aldığınız “məlumatlı mənbə” və “deyənlər” də elə sizin kimi yazıqlardır. Yenə də deyirəm, ünvan biz deyilik, sifariş aldıqlarınızla yetinin. Allahın verdiyi ömrü şərəflə yaşayın (əgər varsa).

Sosial şəbəkədəkilərdən biri "dost"unun gömrükdə problemlə üzləşdiyini iddia edir və gömrükçüləri qanunları pozmaqda haqsız qazanc əldə etməkdə günahlandırır.

Əslində həmin şəxsin DGK, onun əlaqədar qurum və şəxslərinə rahat şəkildə çıxmaq, vəziyyəti öyrənərək həll etmək üçün kifayət qədər imkanları da var. Üstəlik söhbət yüzminlərlə manatdan gedirsə özünü xalqa, işadamlarına canı yanan adam kimi göstərən şəxs bunu etməlidir də.
Lakin həmin şəxsin DGK-ya və ya digər əlaqədar dövlət qurumlarına müraciət etmədən birbaşa sosial şəbəkədə bu məlumatı yayması onu deməyə əsas verir ki, məqsəd işadamına kömək deyil, gömrüyü qaralamaq, kimlərinsə sifarişini yerinə yetirməkdir.

Əks halda gömrükdə problemlə üzləşən şirkətin və ya işadamının adını yazmaqla problemi daha düzgün ictimailəşdirmək olardı.
Qeyd edək ki, Dövlət Gömrük Komitəsi daim ictimai rəyə, mediada yayımlanan haqlı tənqidlərə daim xüsusi diqqət yetirir və qaldırılan məsələləri araşdıraraq həm problemlərin aradan qaldırılması, həm də bu bardə ictimaiyyətə məlumat verilməsi istiqamətində addımlar atır. Komitənin rəsmi internet səhifəsini, sosial şəbəkələrdəki səhifələrimizi izləməklə bunu aydın şəkildə görmək mümkündür.

Ancaq ortaya hər hansı fakt qoymadan gömrük orqanlarının qanunlara əməl etməməsini iddia etmək yalnız qərəzli və məqsədli təfəkkürün məhsuludur.

Əlqərəz, guya ictimai rəyə təsir etmək, “lazımlı adam” obrazı yaratmaq istəyən “bəy”lər, bu obrazı yaratmaq üçün daha ciddi işlərlə məşğul olun.

Natiq Axundov-Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinin rəhbəri
Xəbəri paylaş