Fransada koronavirusa yoluxanların sayı 33 min nəfərə çatır
Tarix: 27-03-2020, 22:57
Newscenter.az.27.03.2020. Fransada son sutka ərzində koronavirusdan 299 nəfər vəfat edib.
“Report” xəbər verir ki, bu barədə Fransanın Səhiyyə üzrə baş direktoru Jerom Salomon bildirib.
O qeyd edib ki, Fransada bu günədək COVID-19 virusundan ölənlərin sayı 1 995 nəfərə çatıb:
“Son 24 saatda ölkədə 3 809yeni yoluxma faktı qeydə alınıb ki, bununla da Fransada koronavirusa yoluxanların sayı 32 964-ə çatıb”.