Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“İrəli” İB karantin müddətini “Rəqəmsal ay” elan etdi



Newscenter.az.27.03.2020. “İrəli” İctimai Birliyi COVID19 pandemiyasının sürətli şəkildə yayılması və təhsil müəssisələrinin fəaliyyətinin bir müddətlik dayandırılmasını nəzərə alaraq yeni tədbirlər planı hazırlayıb.

Newscenter.az-a daxil olan məlumata görə, karantin müddətini “Rəqamsal ay” elan edən birlik 1 ay boyunca ölkə səviyyəsində müxtəlif mövzularda onlayn fəaliyyətlər həyata keçirməyi planlaşdırıb: “internet təhlükəsizliyi”, “media savadlılığı”, “komanda quruculuğu”, “content yaratma”, bloggerlik, və s. mövzularda webinarlar, canlı yayımlar, onlayn görüşlər, challangeler, intellektual yarışlar və seminarlar təşkil olunacaq. Həmçinin Təşkilat istedadlı gənclərin bilik və bacarıqlarından faydalanmaq üçün “onlayn işçi qruplar” yaradır. Həmin qruplar gənclərlə işi daha da inkişaf etdirmək üçün müxtəlif mövzular üzrə işləyəcəklər. Qeyd edək ki, “İrəli” İB fəaliyyətini onlayn şəkildə davam etdirmək istəyən təşkilatlar, gənclər mərkəzləri, gənclər evlərinin nümayəndələri, habelə gənclərlə işləyən şəxslər üçün “digital alətlərdən istifadə”, “necə yaxşı vebinar təşkil etmək olar” mövzularında da seminarlar təşkil edəcək.

Birliyin əsas məqsədi gənclərin asudə vaxtının səmərəli təşkili, eyni zamanda hazırki vəziyyətdə fərqli istiqamətlərdə gənclərin maarifləndirilməsidir.

“İrəli” İB eyni zamanda 31 mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar sosial şəbəkələrdə yeni aksiyaya start verir.

Aksiyanın məqsədi mənfur ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri soyqırımı, etnik təmizləmə və işğal siyasətinin acı nəticələrini dünya ictimaiyyətinə çatdırmaq, soyqırım haqqında geniş məlumatlandırma işi aparmaqdır. Sosial şəbəkələrdə təsir qüvvəsi daha çox olan “Twitter” platformasında aksiyaya xeyli sayda gənc qoşulacaq.

Aprel ayının 1-dək davam edəcək aksiyaya qoşulmaq istəyən şəxslər “Twitter”də#31MarchGenocide, #Azerbaijan, #ireli2020, #WeRememberhəştəqlərindən istifadə edərək müxtəlif məlumatlar paylaşaraq Azərbaycan həqiqətlərinin daha böyük auditoriyaya çatdırılması işinə töhfə verə bilərlər.

“İrəli” İB fəaliyyətini onlayn qaydada davam etdirir və gənclərimizi özünütəcrid tədbirlərinə uyğun davranmaq, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmaq, digər şəxslərlə minimum kontaktda olmaq, insanların sıx toplaşdığı yerlərə getməmək və xüsusi karantin rejiminə əməl etmək tələblərinə riayət etməyə səsləyirik. Vətəndaşlarımızı bir daha şəxsi gigiyena qaydalarına, Ümumdünya Səhiyyə Təşkilatının, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə ciddi riayət etməyə çağırırıq.

Qeyd edək ki, “İrəli” İB gənclər arasında mütaliəni artırmaq, asudə vaxtlarını səmərəli keçirməyə təşfiq etmək və kitab oxumağı vərdişə çevirmək məqsədi ilə bir müddət əvvəl başlayan və hazırda davam edən “TətildəOxu” kampaniyasına start verib. İlk onlayn info-sessiya isə “Sağlam Düşüncə” Gənclər Təşkilatının(SDGT) Beynəlxalq əlaqələr üzrə koordinatoru və Erasmus+ Gənclik və Avropa Həmrəylik Korpusu üzrə Azərbaycanda Rəsmi Məlumat Mərkəzinin Koordinatoru Ramiz Əliyev tərəfindən Erasmus+ və European Solidarity Corps-la Birliyin Facebook səhifəsində canlı yayım vasitəsilə baş tutub.

Bütün bu fəaliyyətlərdən daha geniş məlumatlı olmaq üçün “İrəli” İctimai Birliyinin sosial şəbəkə hesablarını izləmək kifayətdir:
https://www.facebook.com/IRELI1/
Xəbəri paylaş