Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyədə koronavirus qurbanlarının sayı 75 nəfərə çatdı



Newscenter.az.27.03.2020. Türkiyədə koronavirusdan ölənlərin sayı artıb.

“Report” xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca özünün "Twitter"dəki səhifəsində bildirib.

Nazir qeyd edib ki, son 24 saat ərzində ölkədə koronavirusa yoluxma halları 1 000-i ötüb.

"Bu gün 7 286 test aparıldı, 1 196 yeni yoluxma aşkarlandı. 16 xəstə öldü. Hazırda ölənlərin ümumi sayı 75, xəstələrin sayı 3 629 nəfərdir", - deyə səhiyyə naziri özünün "Twitter"-dəki səhifəsində yazıb.
Xəbəri paylaş