Newscenter.az.30.03.2020. Bütün əhaliyə 24 saat küçəyə çıxmaq qadağan olunur.
"Report" xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.
O bildirib ki, yalnız o şəxslərə çölə çıxmaq olar ki, onlar üçün xüsusi icazə olsun:
"Digər insanlar ancaq yaxın ərazilərdə olan market və apteklərə gedə bilər. Bir də zibillərin atılması üçün evdən çıxa bilərlər".