Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Azəriqaz” rəhbərliyi 1 aylıq maaşlarının 50%-ni koronavirusla mübarizəyə köçürüb



Newscenter.az.3.04.2020. Dünyada yayılmış koronavirusun (COVID-19) Azərbaycanda yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə Azərbaycan Prezidentinin 2020-ci il 19 mart tarixli Fərmanı ilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb. Bir çox dövlət qurumları, özəl sektorun nümayəndələri, ayrı-ayrı şəxslər bu Fonda müəyyən məbləğlərdə maliyyə vəsaitləri köçürürlər.

“Azəriqaz” İstehsalat Birliyindən Newscenter.az- a verilən məlumata görə, Birlik də bu təşəbbüsə qoşularaq strateji rəhbərlərin bir aylıq vəzifə əməkhaqqının 50%-i miqdarında (ümumilikdə 180 636 manat) vəsaiti Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürüb.

Zaur
Xəbəri paylaş