Newscenter.az.3.04.2020. "Koronovirus epidemiyası dövründə səylərin birləşdirilməsi, dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək verilməsi və bu istiqamətdə ümumi həmrəyliyə, konsolidasiyaya xidmət edəcək təşəbbüslərin irəli sürülməsi əsas vəzifələrdən biridir. Bu sahədə vətəndaş cəmiyyəti vacib rola malikdir".
Newscenter.az xəbər verir ki, bu fikirləri Konstitutsiya Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev səsləndirib. O, qeyd edib ki, vətəndaş cəmiyyətinin hazırkı şəraitdə əsas missiyası maarifləndirmə, ictimai nəzarət və monitorinq tədbirlərinin, sosial dəstək təşəbbüslərinin həyata keçirilməsidir:
"Azərbaycan Rrespublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının REAL TV ilə birlikdə “Evdə qal, cəmiyyəti qoru!” ictimai monitorinq və məlumatlandırma kampaniyası məhz bu məqsədə xidmət edir. QHT-lərin bu istiqamətdə səylərinin artırılması, daha yaxşı koordinasiya, təkliflərin toplanması, soisal dəstək tədbilərinin planlaşdırılması üçün üçün AR Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası QHT-lərin koronavirusla mübarizəyə həsr olunan onlayn ümumrespublika konfransı keçirildı. Konfransda 400 QHT iştirak etdi. Konfrans yeni əlaqələndirmə mexanizmlərinin yaradılması, yeni təşəbbüslərin planlaşdırılması, regionlarda QHT Resurs Mərkəzlərinin fəaliyyətinin gücləndirilməsi, maarifləndirmə işlərinin görülməsi, dövlət orqanlarının məlumatlandırılması ilə əlaqədar məsələlərin müzakirəsi baxımından çox əhəmiyyətli oldu. Şura sədri Azay Quliyev qarşıda duran vəzifələr, Şura tərəfindən görülən və planlaşdırılan işlər barədə QHT-ləri məlumatlandırdı. Tövsiyyələr verildi".
Əliməmməd Nuriyev bildirib ki, konfransın keçirilməsi vətəndaş cəmiyətinin təşəbbüslərinin gücləndirilməsi, əlaqələndirilməsi və yeni ideyaların, yanaşmaların irəli sürülməsi baxımından əhəmiyyətli və məhsuldar oldu:
"Hesab edirəm ki, Konfransda səsləndirlən fikirlər və tövsiyyələr, irəli sürülən təkliflər QHT-lərin fəlaiyyətinin daha da gücləndirilməsimə yeni impusl verəcək. Öz tərəfimdən Konfransda səsləndirildiyi kimi QHT-lərin effektiv, sosial dəstək tədbilərini əhatə edəcək, nəticə əsaslı layihələr və təşəbbüslər irəli sürülməsinin vacibliyini bir daha xatırladıram. Çalışmalıyıq ki, əlimzdə olan məhdud resurslar parktik nəticələr verən layihələrə yönəldilsin. Pandemiya dövründə ikiqat məsuliyyətli olmalı və standart yanaşmalardan çəkinməli, konkret problemlərin həllini nəzərdə tutan fəaliyyətlərə üstünlük verməliyik".
Mehman