Abşeron dairəvi dəmir yolunda sərnişin qatarlarının hərəkət cədvəli dəyişdirilib
Tarix: 6-04-2020, 18:27
Newscenter.az.6.04.2020. "Azərbaycan Dəmir Yolları" QSC sərnişinlərin müraciətlərini nəzərə alaraq, Abşeron dairəvi dəmir yolu xətti üzrə hərəkət edən qatarların qrafikində dəyişiklik edib.
Newscenter.az-a Səhmdar Cəmiyyətdən bildirilib ki, məqsəd karantin müddətində qatarların hərəkət cədvəlinin fəaliyyəti zəruri olan müəssisələrin əməkdaşlarının iş saatı ilə uyğunlaşdırılması və vətəndaşların gediş-gəlişinin daha səmərəli təşkilidir. Bu dəyişiklik aprelin 7-dən karantin müddəti bitənədək qüvvədə olacaq.
Anar