Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyədə koronavirusa yoluxanların sayı 30 mini ötdü



Newscenter.az.6.04.2020. Türkiyədə daha 75 nəfər pandemiyanın qurbanı olub.

“Report” xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.

Onun sözlərinə görə, ölkədə pandemiyadan ölənlərin ümumi sayı 649 nəfərə çatıb.

"Bu gün 21 400 test keçirilib, 3 148 yeni yoluxma aşkarlanıb. Yoluxanların ümumi sayı 30 217 nəfərdir. Bu gün daha 284 pasiyent sağaldı, ümumi say 1 326 nəfərdir", - nazir özünün “Twitter”dəki səhifəsində yazıb.
Xəbəri paylaş