Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Millət vəkili Tovuz və Gədəbəy seçicilərinin istəklərini hökumətə təqdim etdi



Newscenter.az.10.04.2020. "Cənab Prezident İlham Əliyevin 4 mart 2020-ci il tarixli sərəncamı ilə Tovuz rayonu ərazisində 18 ədəd subartezan quyusunun qazılmasına vəsait ayrılıb. Bu çox mühüm bir qərardır və aqrar sektor üçün ciddi müsbət təsir edir. Eyni zamanda Ermənistanın işğalçılıq siyasəti nəticəsində bir sıra su hövzələrinin qarşısının kəsilməsi və Tovuz çay və Əsrik çay vadilərində suyun səviyyəsinin kəskin azalmaslı nəticəsində Tovuz rayonunun bir sıra kənd təsərrüfatı yönümlü kəndlərində ,o cümlədən Köhnəqala, Bayramlı, Azaflı ,Dondar Quşçu ,Yanıxlı, Məşədilər və s. kəndlərində də digər suvarma və içməli suya tələbat artmışdır. 2020 –ci ldə hökumətin bu məsələni də nəzərə almasını xahiş edirəm".

Newscenter.az xəbər verir ki, bu fikirlər millət vəkili Arzu Nağıyevin deputat seçildiyi rayonla bağlı irəli sürüldüyü təkliflərdə yer alıb. Millət vəkili qeyd edib ki, Nazirlər Kabinetinin 2019-cu ildəki fəaliyyəti haqqında Milli Məclis qarşısında hesabatı dinlənildi. Çıxışlar məhdud olduğundan yazılı şəkildə verilməsinə yaradılmış imkandan istifadə edərək Milli Məclisin katibliyinə təkliflərini yazılı təqdim edib:

"Tovuz və Gədəbəy rayonlarının dağ kəndlərində həm həyətyanı sahələrdə ,həm də yabanı bitən meyvələrin yığılması və ilkin emalı üçün müəssisələrin az olması bu məhsulların xarab olmasına gətirib çıxarır. Bu sahənin inkişafı üçün hər iki rayonun ərazisində modul tipli emal müəssisələrinin yaradılması məqsədəuyğun sayılır. Bir neçə belə müəssisə hazırda fəaliyyət göstərir və bir neçəsi də iş adamları tərəfindən tikilir.Belə müəssislərin yaradılması həm də əlavə iş yerlərinin açılması deməkdir. Hökumətin bu məsələyə də diqqətinin artırılmasını xahiş edirəm. Tovuz və Gədəbəyin dağ kəndlərində bir neçə il əvvəllər istifadəyə verilən məktəb binalarında müvaviq isitmə sistemləri demək olar ki, fəaliyyət göstərmir və ya istismar etmək mümkün deyil. Təbii ki, odun və digər yanacaq vasitəsilə bunu həyat keçirirlər , lakin bu çıxış yolu deyil. Eyni zamanda modul tipli məktəblərin də isitmə sistemində istismar əsasən su ilə aparıldığı üçün donur və sıradan çıxır. Bu sistemin antifriz vasitəsilə həyata keçirilməsi məqsədəuyğundur. Məktədlərin isitismarı və isitmə sisteminə diqqət artırılması məqsəduyğundur. Bellə məktəblər hər iki rayonun dağ və aran kəndlərində var".

Millət vəkili həmçinin qeyd edib ki, son illərdə dövlət rəhbərliyinin daimi diqqəti nəticəsində Azərbaycanda özəl və dövlət uşaq bağçalarının sayı artmaqdadır:

"Tovuz və Gədəbəyin də bir sıra yaşayış məntəqələrində belə bağçalar fəaliyyət göstərir ,lakin hələ də say baxımdan çatışmamazlıq var. Bu istiqamətə də hökumətin öz fəaliyyətində diqqət yetriməsini xahiş edirəm".

Mehman
Xəbəri paylaş