Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Millət vəkili Könül Nurullayevanın ehtiyacı olan insanlara yardımları davam edir-FOTOLAR



Newscenter.az.11.04.2020. Nizami rayonundan Milli Məclisin üzvü seçilmiş Könül Nurullayevin “Deputat qərargahı”nda ərazidə yaşayan insanları narahat edən məsələləri operativ şəkildə həll etmək üçün İşçi qrupu yaradılıb.

Newscenter.az millət vəkilinin “Deputat qərargahı”na istinadən xəbər verir ki, ötən dövr ərzində işçi qrupuna daxil olan müraciətlər, o cümlədən DSMF-nin Nizami rayon şöbəsi ilə sıx əməkdaşlıq nəticəsində əldə edilmiş yeni məlumatlara əsasən tənha yaşayan ahıl vətəndaşlara, yaşından asılı olmayaraq son dərəcə imkansız ailələrə, karantin səbəbi ilə işindən kənarlaşdırılmış və çıxılmaz vəziyyətdə qalan həqiqi ehtiyacı olan insanlara operativ şəkildə ərzaq və təmizləyici vasitələrdən ibarət xüsusi hazırlanmış bağlamalar göndərilib.

Eyni zamanda millət vəkili Könül Nurullayeva sakinlərlə onlayn şəkildə əlaqə yaradaraq onları narahat edən məsələlərlə tanış olub və həlli istiqamətində əməyimi səfərbər edib.

Könül Nurullayeva bildirib ki, bu təşəbbüs xüsusi karantin rejimi dövrü ərzində davam etdiriləcək:

“Bu missiyanın həyata keçirilməsində könüllü qismində iştirak edən Nizami rayon sakinlərinə xüsusi təşəkkürümü bildirirəm”.

Mehman
Xəbəri paylaş