Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Prezidentimizin addımladığı ağır və məsuliyyətli yolda ona dəstək olaq!



Newscenter.az.12.04.2020. “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalqı üçün xidmətlərini danmaq qeyri mümkündür”.

Newscenter.az-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən Yeni Azərbaycan Partiyası Səbail rayon Gənclər Birliyinin sədr müavini Fuad Heydərlinin qənaətincə, son 2 aya nəzər salsaq görərik ki, Prezidentimiz dünyaya Azərbaycan xalqının birlikdə necə güclü bir dövlət olduğunu, Azərbaycan gənclərinin yüksək intellekt və biliyə malik olduğunu, Azərbaycan xalqının öz milli mənsubiyyətinə və sərvətlərinə böyük dəyər verdiyini sübut etdi:

“O, öz xalqına, gənclərinə inandı. Bunu 2 fevral Bakı Konqres Mərkəzində Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısı zamanı dövlət başçısının çıxışında da görmək olar. Bizləri Gənclər Günü münasibətilə ürəkdən təbrik edən dövlət başçısı bildirdi ki, Azərbaycanda Gənclər Günü 22 ildir qeyd olunur. “Bildiyiniz kimi, 1997-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda Gənclər Günü təsis edildi. Ulu Öndər gənclərə həmişə böyük qayğı, sevgi ilə yanaşırdı. Çox yaxşı bilirdi ki, ölkəmizin gələcəyi gənclərin əlində olacaq. Bu gün Azərbaycan gəncləri müstəqillik dövründə yaşayırlar. Bu, böyük xoşbəxtlikdir. Bu gün hər bir vətənpərvər azərbaycanlı haqlı olaraq fəxr edir ki, o, müstəqil Azərbaycan Respublikasının vətəndaşıdır. Ölkəmizin hərtərəfli inkişafında gənclərimizin çox böyük rolu vardır. Gənclər müxtəlif sahələrdə çox uğurla fəaliyyət göstərirlər, ölkəmizin ümumi inkişafına böyük töhfə verirlər”. Bundan başqa fevralın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə və uzunmüddətli səmərəli ictimai-siyasi fəaliyyətinə görə Polad Bülbüloğluna “Heydər Əliyev” ordenini təqdim edib. Bununla da o, mədəniyyətimizə verdiyi dəyəri bir daha sübut edir”.

Fuad Heydərli daha sonra bunları qeyd edib:

“Hər birimizə bəlli olduğu kimi Qarabağ münaqişəsi dünyaya səs salıb. Bu münaqişənin həllinə dair Prezidentimiz öz səylərini göstərir. Fevral ayının 15-də keçirilmiş Münhen təhlükəsizlik konfransında bunu bir daha görmək mümkündür. Siyasi gündəmin prioritet mövzusu fevralın 15-i Münhen Təhlükəsizlik Konfransında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı keçirilən debat oldu. Bu müzakirələr tam olaraq Azərbaycan Respublikasının Prezidentinin açıq üstünlüyü ilə baş tutdu. Nikol Paşinyanın debat zamanı tarixi faktları təhrif etməsi, ingilis dilində normal danışa bilməməsi, həmçinin əsassız siyasi təhlili onu çıxılmaz və gülünc vəziyyətə saldı. Bunu beynəlxalq qurumların təmsilçiləri ilə yanaşı, Ermənistanın tarixçi və jurnalistləri də etiraf edirlər”.

Fuad Heydərli onu da qeyd edib ki, günümüzdə koronovirus (COVİD 19) pandemiyasının sürətlə yayıldığı bir zamanda Prezidentimiz xalqının sağlamlığı üçün bir sıra mühüm addımlar atır:

“Sərhəd-keçid məntəqələrində gücləndirilmiş iş rejiminə keçilməsi, Çindən, xüsusilə epidemiya zonasından ölkəyə gələn bütün şəxslərin mütləq şəkildə ciddi tibbi müayinədən keçirilməsi və nəzarət altına alınması, xüsusi riskli hesab olunan və virusun keçə biləcəyi ərzaq məhsullarının siyahısının hazırlanması və ərzaq bazarında həmin məhsullara nəzarətin gücləndirilməsi, səhiyyə ocaqlarında qaynar xətlərin yaradılması, virus və onunla mübarizə metodları haqda əhali ilə maarifləndirmə işlərinin aparılması, vəziyyətlə bağlı əhaliyə mütəmadi məlumat verilməsi barədə göstərişlər verilib. Bundan əlavə Cənab Prezident bir illik əmək haqqını Koronovirusa Qarşı Mübarizə Fonduna ianə edib. Bu qeyd etdiklərimiz dövlət başçımızın sadəcə son 2 ayda göstərdiyi xidmətlərin sadəcə bir qismidir. Gəlin xalq olaraq prezidentimizin addımladığı ağır və məsuliyyətli yolda ona dəstək olaq! Çünki biz birlikdə güclüyük!”
Xəbəri paylaş