Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan hökuməti koronavirusla bağlı vaxtında və zəruri qabaqlayıcı tədbirlər həyata keçirdi



Newscenter.az.15.04.2020. "2020-ci il ümumilikdə Azərbaycan üçün uğurla başlayıb, hazırda da islahatlar davam edir. Qeyd etmək lazımdır ki, koronavirus pandemiyası ilə əlaqədar bütün dünya iqtisadiyyatı tənəzzülə uğradı"

Newscenter.az xəbər verir ki. bu fikirləri politoloq, sabiq millət vəkili Sona Əliyeva səsləndirib. O, qeyd edib ki, bu proses Azərbaycandan yan keçə bilməzdi:

"Neftin qiymətinin kəskin azalması və digər məsələlər tam olmasa da, dolayı yolla Azərbaycan iqtisadiyyatına təsirsiz ötüşmədi. Bu prosesdə daşınmalarla bağlı problemimiz olmasa da, iqtisadiyyatda bəzi təsirlər müşahidə olundu"

Sona Əliyeva qeyd edib ki, Azərbaycan hökuməti koronavirusla bağlı vaxtında və zəruri qabaqlayıcı tədbirlər həyata keçirdi və bu sahədə çox müsbət nəticələr əldə olundu:

"Təbii ki, bu, pandemiyanın pik nöqtəsi deyil. Bu müddət ərzində Azərbaycan hökumətinin bütün lazımi tədbirləri bu prosesdən az itki ilə çıxmağa hesablanıb. Azərbaycan vətəndaşının sağlamlığı, ölkə əhalisinin rifahı qarşıya qoyulan ən mühüm məsələlərdir. Koronavirus pandemiyasının artıq təhlükə törətmədiyinə əminlik yarandıqdan sonra yumşalma addımlarının atılması mümkündür. Məlum məsələdir ki, Azərbaycan bu prosesdə öz gücünə arxalandı. Əvvəlcədən aparılan islahatlar, büdcədə yaradılan imkanlar nəticəsində Azərbaycan heç bir kənar yardım olmadan, öz resurslarından istifadə etməyə başladı".

Mehman
Xəbəri paylaş