Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Kreditlərə güzəştlərin edilməsi müzakirə olunur



Newscenter.az.15.04.2020. "İstehlak kreditlərinə güzəştlərin edilməsi məsələsi hazırda müzakirə olunur".

Bunu Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov brifinqdə çıxışı zamanı deyib.

O bildirib ki, istehlak kreditləri götürənlər adətən işləyən şəxslər olur: "Bu insanlara da dövlət dəstək göstərir. Bu proses bundan sonra da davam edəcək. Bütövlükdə güzəştlərin edilməsi ilə bağlı yaxın günlərdə ictimaiyyətə məlumat veriləcək".
Xəbəri paylaş