Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Şabranda polis əməkdaşları rayon sakinlərinə ərzaq yardımı ediblər



Newscenter.az.15.04.2020. Şabran RPŞ-nin əməkdaşları ölkə ərazisində həyata keçirilən xüsusi karantin rejimi günlərində 20-yə yaxın imkansız ailəyə ərzaq yardımı ediblər.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Newscenter.az-a verilən məlumata görə, RPŞ-nin əməkdaşları “Evdə qal” kampaniyası çərçivəsində xüsusi karantin rejim qaydalarına uyğun olaraq yaşayış yerlərini tərk edə bilməyən yaşlı insanların, eləcə də aztəminatlı ailələrin qonağı olaraq, onlara ərzaq məhsullarından ibarət bağlamalar və tibbi ləvazimatlar təqdim ediblər. Hər bir sakin ilə səmimi söhbətlər aparan şöbə əməkdaşları, onlara COVİD19 pandemiyası ilə əlaqədar ölkə ərazisində həyata keçirilən xüsusi karantin rejimi qaydaları barədə məlumat veriblər.

Rayon sakinləri onlara göstərilən diqqətə görə minnətdar olduqlarını bildiriblər.
Xəbəri paylaş