Newscenter.az.16.04.2020. Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 2020-ci ilin yanvar-mart ayları ərzində neft və qaz sazişləri ilə bağlı daxilolmaları 3 772,1 milyon manat təşkil edib.
Fonddan Newscenter.az-a daxil olan məlumata görə, bu daxilolmaların tərkibində mənfəət neftinin və qazın satışından gəlirlər 2 997,9 milyon manat təşkil edib ki, bu gəlirlər də fyuçers müqaviləsi şərtlərinə uyğun olaraq xam neftin qiymətlərinin büdcədə nəzərdə tutulan qiymətdən daha yüksək olduğu dekabr, yanvar və fevral aylarına aid partiyaların satışlarından formalaşıb. Bu aylar üzrə xam neftin ortaçəkili xalis mədaxil qiyməti 59 ABŞ dolları təşkil edib. Eyni zamanda bu dövr ərzində bonus ödənişləri 767,8 milyon manat, tranzit gəlirləri 4,9 milyon manat, akrhesabı ödənişlər 1,5 milyon manat təşkil edib.
Sevinc