Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanda son günlər aşkarlanan yoluxmaların mənbəyi açıqlanıb



Newscenter.az.16.04.2020
. "Azərbaycan ərazisində son günlər ərzində koronavirusla bağlı aşkar olunan pozitiv testlərin 20 faizi Rusiyadan gələn arasında müəyyən edilib".

Bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

O bildirib ki, son günlər Samur keçid məntəqələrində Rusiyadan qayıtmaq istəyən insanların toplaşması halları müşahidə olunur: "Rusiyada olan vətəndaşlarımız ardıcıl və növbəlilik əsasında ölkəyə gətiriləcək. "Evə gəlirəm" portalı vasitəsində qeydiyyatdan keçən şəxslərin ardıcıllıq nömrəsi təyin ediləcək. Onlar da müəyyən qruplar şəkildə ölkəyə buraxılacaq".

H.Hacıyev qeyd edib ki, 200-400 sayda insanın növbəli şəkildə gəlişi təmin ediləcək.
Xəbəri paylaş