Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

KOBİA pandemiyadan zərər çəkmiş fərdi sahibkarları dövlət maliyyə dəstəyi barədə məlumatlandırır



Newscenter.az.16.04.2020. Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahələrdə çalışan fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmi barədə onlayn maarifləndirmə tədbiri təşkil edib.

Newscenter.az xəbər verir ki, onlayn tədbir çərçivəsində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin və KOBİA-nın nümayəndələri pandemiyadan zərər çəkmiş fərdi (mikro) sahibkarlara göstərilən maliyyə dəstəyi, bu dəstəkdən yararlanmaq üçün İnternet Vergi İdarəsindəki (www.e-taxes.gov.az) şəxsi kabinet üzərindən müraciət qaydası barədə məlumat verib, sahibkarları maraqlandıran sualları cavablandırıblar.

Onlayn tədbir KOBİA-nın "Facebook" səhifəsi (https://www.facebook.com/smb.gov.az) üzərindən birbaşa yayımlanıb.

Qeyd edək ki, KOBİA pandemiyadan zərər çəkmiş sahibkarlara və muzdlu işçilərə maliyyə dəstəyinin göstərilməsi mexanizmləri barədə onlayn maarifləndirmə təbirləri keçirir. Aprelin 15-də muzdlu işçilərə maliyyə dəstəyinin göstərilməsi barədə təşkil olunmuş onlayn tədbirdən Bakıda və ölkə regionlarında fəaliyyət göstərən 3200-dən çox sahibkarlıq subyekti yararlanıb.
Xəbəri paylaş