Prezidentdən yeni təyinat
Tarix: 16-04-2020, 16:24
Newscenter.az.16.04.2020. Prezident İlham Əliyev Elman Rüstəmovun Azərbaycan Respublikası Mərkəzi Bankının sədri təyin edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 10-cu bəndini rəhbər tutaraq qərara alıram:
Elman Sirac oğlu Rüstəmov Azərbaycan Respublikası Mərkəzi Bankının sədri təyin edilsin".