Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

BDU-nun Qazax filialının kollektivi prezidentə minnətdarlıq edib.



Newscenter.az.18.04.2020.
Bakı Dövlət Universitetinin Qazax filialının kollektivi
Ölkə başçısına minnətdarlıq edib.

Newscenter.az müraciəti təqdim edir:

Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənablarına!

Möhtərəm Prezident!

Son dövrlər dünyanı bürümüş böyük fəlakət olan koronavirus (COVİD-19) pandemiyası Azərbaycan Respublikasından da yan keçməmişdir. Dünyada gedən ziddiyətli proseslər şəraitində xalqımız sürətlə yayılan təhlükəli xəstəliklə çox gərgin mübarizə zərurəti qarşısında qalmışdır. Bütövlükdə xalqın taleyi ilə baglı olan belə bir tarixi məsuliyyətli şəraitdə bizim doğmalarımızın, əzizlərimizin, bütün Azərbaycan vətəndaşlarının və xalqının sağlamlığının qorunması, həyat fəaliyyətinin təmin edilməsi, ictimai həyatin bütün sahələri üzrə sabitliyinin saxlanması yolunda fədakar əməyinizə, müdrik qərarlarınıza, çox böyük zəhmət hesabına əldə edilən müsbət nəticələrə görə Sizə və xalqımızın daha bir ümidi, cəfakeş Mehriban xanım Əliyevaya ən səmimi minnətdarlıq hissimizi və təşəkkürlərimizi bildirirəm. Bundan sonra da Dövlət başcısı kimi Azərbaycan xalqının rifahı və xoşbəxtliyi yolunda atacağınız hər bir addımda Sizinlə birgə olacaq, bütün vətənsevər Azərbaycanlılar kimi Sizi dəstəkləməyi şərəf işi biləcəyik.

BDU-nun Qazax filialının kollektivi adından direktor Arif Rüstəmov
Xəbəri paylaş