Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Deputat İlham Məmmədovun oğlu niyə işdən çıxarıldı?

Deputat İlham Məmmədovun oğlu niyə işdən çıxarıldı?


Newscenter.az.18.04.2020. Milli Məclisdə struktur islahatları davam etdirilir.

"Report"un xəbərinə görə, parlamentin İnzibati və hərbi qanunvericilik şöbəsinin İnzibati qanunvericilik sektorunun müdiri Elmir Vəliyev vəzifəsindən azad edilib.

Qeyd edək ki, Elmir Vəliyev Gəncə şəhər İcra Hakimiyyətinin sabiq başçısı Elmar Vəliyevin oğludur.

Bundan əlavə, deputat İlham Məmmədovun oğlu Tural Məmmədov da Milli Məclisin Aparatındakı işindən kənarlaşdırılıb.

Newscenter.az-ın xəbərinə görə, Emir Vəliyev və millət vəkili Tural Məmmədovun işdən çıxarılmasının eyni vaxtda baş verməsi təsadüfi deyil. Belə ki, sabiq icra başçısı Elmar Vəliyevin kadrı kimi tanınan deputat İlham Məmmədovun oğlu Turalla Elmir Vəliyevin yaxın dostluq münasibətlərinin olduğu bildirilir. Elə deputat oğlunun da məhz dostluq münasibətlərinin qurbanına çevrildiyi söylənilir.
Xəbəri paylaş