Newscenter.az.18.04.2020. Dünyada koronavirusdan ölənlərin sayı 146 min nəfəri ötüb.
"Report" xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb.
Təşkilatın məlumatına görə, dünyada COVID-19 infeksiyasına yoluxanların sayı 2,16 milyon nəfəri ötüb.
Son məlumatlara görə, ayrı-ayrı ölkələrdə virusa ümumilikdə 2 160 207 yoluxma qeydə alınıb, 146 088 insan ölüb.
Son gün ərzində dünyada yoluxanların sayı 85 678 nəfər, ölənlərin sayı 6 710 nəfər artıb.
Virusa yoluxma hallarının əksəriyyəti əvvəlki kimi Avropa regionunda (1 086 889) qeydə alınıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.