Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyədə koronavirusa yoluxmuş 107 yaşlı qadın sağaldı



Newscenter.az.18.04.2020. Türkiyə vətəndaşı 107 yaşlı Həvaxan Karadeniz dünyada koronavirus qalib ən yaşlı qadınlardan biri olub.
Bu barədə Newscenter.az “Anadolu” agentliyinə istinadən xəbər verir.

Qeyd edilir ki, güclü öskürək və yüksək temperaturdan şikayət edən qadın aprelin 7-də İstanbul Elmi-Tədqiqat Klinikasına yerləşdirilib. Onun koronavirus test müsbət olub.

Karadeniz bir həftə sonra xəstəxanadan buraxılıb. Xəstəxananın tibb personalı Karadenizin qısa müddət ərzində təhlükəli xəstəliyə qalib gələ bilməsindən təəccüblənib. Həkimlərin fikrincə, qadına güclü immun sistemi kömək edib.
İndi o evində 14 günlük karantindədir.

Karadenizin dörd övladı, 11 nəvəsi və 15 nəticəsi var. Onun nəvələrindən biri tezliklə baba olacaq.

Anar Tagiyev
Xəbəri paylaş