Newscenter.az.19.04.2020. İranda toyuq ətinə tələbatın azalmasına görə yüz minlərlə cücə öldürülüb və ya diri-diri üstü torpaqla basdırılıb.
Reyting.az “ISNA”-ya istinadla xəbər verir ki, sosial mediada yayımlanan görüntülərdə yük maşınına doldurulmuş yüz minlərlə cücənin boş əraziyə atılması və buldozerin qabağına verilməsinə dair video böyük təpki doğurub.
Ölkənin Toyuq İstehsalçıları Birliyi COVID-19 ucbatından toyuq əti satışlarının azaldığını bildirib. Buna görə də, broylerdə toyuq istehsalı məhdudlaşdırılıb.
Cücələrin diri-diri basdırılmasını Ətraf Mühitin Mühafizəsi Agentliyinin Tehran departamentinin baş direktoru Səid Mahmudi "qeyri-insani hərəkət" kimi xarakterizə edib.
"Digər toyuq istehsalçıları eyni yolla getsələr, ən şiddətli cəza alacaqlar",- deyən Mahmudi, hadisənin yenidən baş verməməsi üçün Tehran Baş Prokurorluğuna müraciət etdiklərini söyləyib.