Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dövlətin və xaqlın birliyində bu ağır pandemiyadan bizim ölkə ən az itki və şərəfli çıxacaq



Newscenter.az.20.04.2020. Uzaqda da olsaq ürəyimiz və fikrimiz vətənimiz Azərbaycandadır.. Dünyanı, Avropanı silkələyən, milyonlarca insanı yoluxdurub yüz minləri həlak edən, ən inkişaflı ölkələrin həyatını səhiyyəsi və iqtisadiyyatını iflic edən, koronavirus fəlakəti ilə bizim ölkədə xilas, gedişat və proqnoz necədir?

Bir müddət əvvəl yoluxma bir gündə 125 nəfərə çatdıqdan sonra, narahatlıq vardı ki, bu artım da davam edə bilər. Ancaq şükür ki, əksinə oldu və bu eniş neçə gündür davam edir. Bu günsə, son məlumata görə gün ərzində cəmisi 25 yoluxma, 122 sağalma, 1 nəfər ölüm qeyd edilib. Ümid və arzu edək ki, bu xətt, tendensiya davam edəcək. Pisliyə tərəf dəyişsə belə, qısa müddətli, azacıq mənfiyə doğru və böyük fəsadsız olar. Yəni, çox ölkələrdə irimiqyaslı olduğu kimi, bu ola bilməz.

Müqayisə üçün, bir fərqli nümunə.

Avropada inkişaflı, illik büdcəsi 530 milyard dol. və əhalisinin sayı da təxmini Azərbaycanla eyni, yüksək səhiyyə səviyyəli Belçikada koronavirus problemini, Azərbaycanla müqayisəni gotursək:

Ümumi yoluxma indiyədək Azərbaycanda 1398, Belçikada 38496 nəfər, ölənlərin sayı, indiyədək Azərbaycanda 19, Belçikada isə 5600 ! nəfərdir. Yəni bu, koronavirus böhranından bəri, dünyanı qətl edən pandemiya, Azərbaycanda az itikilidir.

Bu günkü uğurlu gedişatın da (inşallah davamlı olar) əsası və yeganə səbəbi Azərbaycandır. Bu arada onun dövlətinin doğru və qəti qərarları və qərarları icra edən hökumətin çalışqanlığı, onun müdrik xalqının təmkini və intizamlılığı, onun da həkimləri və səhiyyəsinin fədakarlığı, onun belə çətin anda, xeyirxah insanlarının yardımçılığı və hər çətin andakı ümumi Azərbaycan həmrəyliyi!

İnanıram kı, dövlətin və xaqlın birliyində bu ağır pandemiya, həmçinin iqtisadi böhrandan bizim ölkə ən az itki ilə, şərəfli çıxacaq. Və bir şeyi də öz müşahidə və analizimə görə, xalqımızı əmin edim ki, koronavirus sonrası yeni dövrdə, bizim ölkədə kəskin və müsbət dəyişikliklər olmalıdır. Hər şeyin xalqın yaşamı, rifahı və inkişafına, və xalqın dövlətinin möhkəmliyinə yönəlməsi üzrə.

Və bütün bu dəyişikliklər neft amili resursunun kənarda qoyulub, insan amili, resursu üzərində, xalqın, əhalinin, həm kiçik və orta sahibkarların sərbəst olaraq çalışıb qurub-yaradıb öz ailəsini, həm də vergisini ödəyib, dövlətini də saxlamaq prinsipinə yönəlməlidir. Bizim xalq, çox işlək və zəhmətkeş çalışqan xalqdır. Ona sadəcə imkan və stumul verilməlidir. Bunun üçün də, rüşvətlə, korrupsiya, özbaşınalıqla xalqa mane olan bəzi məmurlar zərərsizləşdirilməlidir. Bu, mütləqdir!

İlqar Altay-İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri
Xəbəri paylaş