Newscenter.az.20.04.2020. Rusiya prezidenti V. Putinin keçmiş SSRİ-nin bərpası ilə bağlı mövqeyi əsasən, postkorona dövrünə yeni dünya nizamında bu istiqamətdə çalışacağının anonsudur:
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə səsləndirib. O, qeyd edib ki, Belarus prezidenti A. Lukaşenko da ötən həftə koronavirusla bağlı SSRİ-nin mümkün bərpası kimi sətiraltı mesaj vermişdi:
"Baxmayaraq ki, A.Lukaşenko çıxışlarında Rusiya ilə birləşməyə razı olmadığını vurğulayır. Amma, o həlledici məqamda ölkənin müstəqilliyini Rusiyaya güzəştə getməyə hazırdı. Sadəcə, əlverişli situasiyanı gözləyir. Budur, dünya pandemiyaya qarşı mübarizə apardığı bir dönəmdə , Lukaşenko MDB ölkələrini sətiraltı şəkildə birləşməyə çağırır və ardınca onun böyük qardaşı Putinin bunu açıq şəkildə dilə gətirir. A. Lukaşenkonun ötən həftə keçmiş SSRi ölkələrinin birləşmə kimi mesajı təsadüfi deyildi və Putinin bunu bu gün açıqlaması göstərir ki, hər iki ölkənin lideri anlaşıb. Qeyd edim ki, Rusiyada günü-gündən iqtisadi vəziyyətin ağırlaşması, Putinin reytinqinin kəskin düşməsi onun belə bir açıqlama verərək, rusların vətənpərvərlyini qaldırmaqla, Krımın annekasiyası illərində eyforiyaya qaytarmaq istəyir. O rusların aclığa dözüb vətənpərvərlik nümayiş etdirmək xarakerini bilərək bunu ortaya atmaqla iqtisadi və sosial problemləri önləməyə çalışır. Amma, rusların yenidən Putinin belə avantürasına sakit qalacağı mümkün deyil”.
Politoloq deyib ki, neftin kəskin şəkildə ucuzlaşması Putini aqressivləşdirib və o, yeni ittifaq haqqında planını reallaşdırması istiqamətində çalışarsa Belarus könüllü birləşəcək:
“V. Putinin bu planı yeni deyil və o, hesab edir ki, ki, pandemiya ABŞ və Avropanın iqtisadiyyatını güclü zəiflədib və dünyanın yenidən bölüşdürülməsini ortaya atmaqla SSRİ-nin bərpasını başqa adla Rusiyanın tərkibinə qatacaq. Amma, Qərb və başda ABŞ olmaqla Rusiyanın bu planın reallaşmasına qəti imkan verməyəcək. Bu, ABŞ üçün yeni bir siqnaldır və bu plan birbaşa ABŞ -ın və Avropanın təhlükəsizliyini və beynəlxalq maraqlarını təhdid edir. Putinin bu mesajı birbaşa Azərbaycan olmaqla digər keçmiş müttəfiq ölkələrin müstəqilliyinə, suverenliyinə və təhlükəsizliyinə təhdiddir. Belarus istisna olmaqla, heç bir keçmiş müttəfiq respublikalar buna getməz”.
Məhəmməd Əsədullazadə bildirib ki, yeni dünya nizamında Rusiyanın mövqeyi kəskin zəifləyəcək, konkret olaraq ABŞ güclü şəkildə iqtisadiyyatını qurub, Avropa və Cənubi Qafqazın müstəqlllyinin qarantı olacaq: “Göründüyü kimi Rusiya təhlükəsi qalmaqdadır və beynəlxalq birliyi ciddi təhdid edir”.
Mehman