Newscenter.az.22.04.2020. “Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Qarabağ münaqişəsinin həlli ilə bağlı məlum həll paketlərini gündəmə gətirməsi, mərhələli həll planını qabartması əsasən, Moskvanın konfliktin həllinə töhfə verəcəyi anlamına gəlməməlidir. Sergey Lavrovun mərhələli həll planı üzrə "Kazan formulunu" irəli sürməkdə məqsədi prosesin Rusiyanın nəzarətində olduğunu göstərmək və bu istiqamətdə çalışmalarının getdiyini nümayiş etdirməkdi”.
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə səsləndirib. O, bildirib ki, Rusiya bu planı qəbul edirsə, Ermənistandan ərazilərin qaytarılmasını nə üçün tələb etmir?. Məhəmməd Əsədullazadə deyib ki, Rusiyanın mövqeyi daima aydın olub:
“Probelmi qabardır və həll variantlarını qəbul edir. Amma, real bir irəliləmə konteksində geri çəkilir. Razılaşmanı hər iki tərəfin öhdəliyinə buraxmaqla, Ermənistan tərəfinə stavka edir. S. Lavrovun da taktikası budur. Sadəcə, Kreml Paşinyan hakimiyyətinə hirsli olduğu üçün açıq konteksdə danışır. Sergey Lavrov ətraf rayonların qaytarılmasını vurğuladı. Bu, Rusiyanın danışıqlar masasında qəbul etdiyi variantdı. Dərhal Ermənistan XİN rəhbəri Z. Mnatsakanyan heç bir güzəştin olmayacağını vurğuladı. Ermənistan tərəfi rəsmən açıqladı ki, güzəşt olmayacaq. İlk növbədə onların tələbi Qarabağın hüquqi statusu həll edildikdən sonra, bir neçə rayonu qaytarmaqdı. Göründüyü kimi Moskvadan Yerevanın məlum bəyanatına reaksiya verilmədi. Demək, Rusiya da bunu Ermənistandan gözləyirdi. Aydın olur ki, Ermənistan masada olan həll varinatlarını qəbul etmir və danışıqlar naminə xüsusilə, atəşkəsi qorumaq üçün danışıqlara qatılır. Z. Mnatsakanayan məlum bəyanatı ilə nizamlanma prosesinə Ermənistanın möhürünü vurmuş oldu. Ətraf rayolar təhlükəsizlik zolağıdır və birtərəfli güzəşt olamyacaq. Göründüyü kimi N. Paşinyan sələflərini siyasətini davam etdirəcəyi mesajını verdi”.
Politoloq deyib ki, bundan sonra Azərbaycan tərəfi imitasiya danışıqlarına son verməlidir:
“Əgər, Ermənistan ilkin şərt kimi Qarabağın statusunu irəli sürürsə, bu danışıqlar nəyə lazımdır?! Minsk qrupunun üç həmsədr dövlətləri də deyir ki, yenilənmiş Madird prinsipləri yaxud Kazan formulu üzrə gedin. Öz aranızda razılaşın və yalnız atəşkəsi qoruyun. Ermənistana heç bir təzyiq edilmədiyi təqdirdə, Yerevanın razılığa gəlməsi mümkün deyil. İlk növbədə Rusiya bu prosesdə Ermənistana nəzarət edir. Qeyd edim ki, Rusiya prosesdən uzaqlaşsa, Yerevan Azərbaycan qarşısında duruş gətirə bilməz. Əraziləri ilkin şərt olmadan boşaltamağa məcbur olar. Hətta Ermənistan daxilində heç bir qruplaşama Paşinyana bu istiqamətdə təsir və təzyiq edə bilməz. Lakin Moskva prosesin arxasındadı nə hərb, nə də sülh də maraqlıdır. Bu da münaqişənin həllini ciddi şəkildə uzadır”.
Politoloq hesab edir ki, Azərbaycan Türkiyə ilə ciddi yaxınlaşmalı və cəbhədə Ermənistana hərbi təzyiqləri davam etdirməlidir. Bunun yalnız, yolu budur:
“Növbəti danışqlar yenidən keçiriləcək. İlk növbədə Ermənistana zərbələr endirilməlidir ki, Paşinyana təzyiq edilsin. Bundan sonra Ermənistan tərəfi çalışacaq ki, Azərbaycanla birbaşa danışsın. Nikol Paşinyan Rusiyanın iştirakı olmadan Azərbaycanla birbaşa danışıqlara gedib. Onun hakimiyyətinin ilk vaxtlarında belə bir təmaslar baş tutub. Paşinyan yaxşı anlayır ki, Rusiya Qarabağ üzərindən ona təzyiqlər edəcək və onun hakimiyyətini zəiflədəcək”.
Mehman