Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İspaniyanın “Barselona” futbol klubunda oynayacaq ilk azərbaycanlı



Newscenter.az.22.04.2020
. İspaniyanın məşhur “Barselona” futbol klubunda bir ilkə imza atıla bilər. “OLAYLAR” İspaniya Azərbaycanlıları Birliyinə istinadən xəbər verir ki, sözügedən futbol klubunda ilk dəfə olaraq azərbaycanlı futbolçu oynayacaq. “Barselona” futbol klubunda oynamaq şansı qazanan şəxs hazırda valideynləri ilə birlikdə İspaniyada yaşayan Turan Qasımlıdır. İspaniya Azərbaycanlıları Birliyinin sədri Vahid İmanov vasitəsilə Turan Qasımlının valideynlərinin redaksiyamıza verdiyi məlumata görə, 10 yaşlı gənc təmsilçimiz 5 yaşından karate idman növü ilə məşğul olub və 6 yaşında Azərbaycanda uşaqlar arasında keçirilən turnirdə ölkə çempionu adını qazanıb. Sonradan valideynləri ilə birlikdə İspaniyanın Malaga şəhərinə köçən Tural Qasımlı burada qısa müddət karete ilə məşğul olub. Lakin sonradan Tural öz istəyilə Malaga klubunun uşaq futbol məktəbinə yazılıb və qısa müddətdə məşqçilərin diqqətini çəkib. Buna səbəb Turalın solaxay olması, ancaq sol ayağı ilə də zərbələri dəqiq vura bilməsi, hər iki ayağını oyun zamanı aktiv işlədə bilməsi olub. Həmçinin Turalın sürətli qaçışı və qıvraq biləkləri, mükəmməl ara pasları onu digər həmyaşıdlarından fərqləndirib.

Turalın valideynləri deyir ki, 2018-2019-cu ilin sezonu la Liga Benjamin ( junior) A komandasına yüksəlir və sezonun ikinci dövrəsində 7 nömrə formasını geyinərək komandanın dəyişilməz oyunçusuna çevrilir. İkinci dövrədə çıxdığı 15 oyunun hamısında start heyyətdə meydana çıxır. Orta sahə və ya sol qanadda oynamasına baxmayaraq, 14 qol 17 məhsuldar ötürməylə klub məşqçilərinin diqqətini bir az da üzərinə çəkir. Bununla yanaşi o, öz klubunda ilin ən dəyərli oyunçusu seçilir. 2019-2020 sezonunun başlanğıcında İspaniyada xərçəng xəstələri olan qadınlar üçün yardım məqsədilə Granada şəhərində xeyriyyə oyunu təşkil edilir və bu oyuna İspaniyanın hər tərəfindən 100 istedadlı və gələcəyi parlaq görülən uşaqlar dəvət edilir Eyni zamanda həmyerlimiz Turan Qasımlı da həmin oyuna dəvət edilir. 25 nəfərdən ibarət 4 komandaya bölünərək 3 oyun keçirilir. Hər biri ayrı-ayrı komandalardan dəvət olunmasına rəğmən, Turanın komandası finalda onun vurduğu 2 qol və bir məhsuldar ötürməylə 3-1 qalib olur. Həmin oyunu izləmyə gələn ispan klubları Skaut komandalarının içində sözsüz ki, “Barselona” Skaut məşqçiləri də olur. Bundan sonra Turan artıq “Barselona”nın diqqətini üzərinə çəkmişdi.

Bir neçə ay keçdikdən sonra FİFA meneceri, həmçinin “Barselona” Skaut komandasının üzvü Marko Turanın Atasına telefonla zəng ederek onu istədiklərini söyləyirlər. Valideynləri deyir ki, hazırda sezonun bitməsini gözləyirlər: “Koronavirusdan dolayı klublara verilən ara nə qədər olacaq və necə olacaq, onu indidən deyı bilmirik. Amma bir şeyə inanırıq ki, Turan “Barselona”da oynayan ilk azərbaycanlı kimi tarixə düşəcək”.
Xəbəri paylaş