Newscenter.az.22.04.2020. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq ölkə ərazisində Koronavirus (COVID-19) pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində bir çox dövlət qurumları, biznes strukturları, fərdi sahibkarlar tərəfindən mütəmadi olaraq aztəminatlı ailələrə yardımlar göstərilir. Bu tədbirlər çərçivəsində Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Neftçala rayonunda Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi (RİİB) 1500 ailəyə, Neftçala Rayon İcra Hakimiyyəti 730 ailəyə,
Newscenter.az-a Rayon İcra Hakimiyyətindən bildirilib ki, Milli Məclisin üzvləri, müxtəlif dövlət qurumları, özəl təşkilatlar və müəssisələr, şirkətlər, həmkarlar təşkilatları, bələdiyyələr, fərdi sahibkarlar və fiziki şəxslər isə ümumilikdə 2500 ailəyə ərzaq yardımı ediblər. Eyni zamanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Neftçala rayon şöbəsi tərəfindən 65 yaşdan yuxarı şəxslərə mütəmadi olaraq sosial-məişət xidməti göstərilir. 01.04.2020-ci il tarixinə kimi rayon ərazisində ünvanlı dövlət sosial yardımı alan vətəndaşların ödənişi tam şəkildə həyata keçirilib. Neftçala Rayon İcra Hakimiyyəti xüsusi karantin dövründə aztəminatlı ailələrə yardım kampaniyasına dəstək verən hər bir quruma, şəxsi təşəbbüslə bu nəcib akdiyada yaxından iştirak edənlərə təşəkkür edir.
Mehman