Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İTV-dən maraqlı aksiya

İTV-dən maraqlı aksiya


Newscenter.az.23.04.2020. ctimai Televiziya və Radio Yayımları Şirkəti 23 aprel Ümumdünya Kitab və Müəllif Hüquqlarının Qorunması Günü ilə bağlı maraqlı aksiyaya start verib.

Newscenter.az-a televiziyadan bildirilib ki, telekanalda gün ərzində hər saat 2 sual səsləndirilir - bu suallardan istənilən birinə cavab verən hər bir şəxs kitab qazanır.

Əli və Nino kitab evinin dəstəyi ilə keçirilən aksiyada iştirak etmək istəyənlər gün ərzində İTV-ni izləyə və düzgün cavabı +99450345 0101 nömrəsinə whatsapp vasitəsilə yazıb yollaya bilərlər.

Qeyd edək ki, 23 aprel axşam saat 20:00-a qədər aktiv olacaq aksiya Ümumdünya Kitab və Müəllif Hüquqlarının Qorunması Günü ilə bağlı təşkil olunub.
Xəbəri paylaş