Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sərhədsəz Reportyorlar Təşkilatından növbəti ermənipərəst hesabat



Newscenter.az.23.04.2020. Sərhədsiz Reportyorlar Təşkilatı 2020-ci il üçün Mətbuat Azadlığı İndeksini açıqlayıb.

Bu barədə Newscenter.az Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidova istinadən xəbər verir. Təşkilat rəhbəri sözügedən cədvəldə Azərbaycana olan münasibəti qərəzli və böhtan adlandırıb:

“Sözlə ifadə etmək mümkün deyil bu biabırçı qiymətləndirməni. Təsəvvür edin ki, 180 ölkə arasında Azərbaycan 168-ci yerdə göstərilib. Küçədə adamların gülləbaran edildiyi Sudan bizdən daha azad, ağzını açıb söz deyəndə adamları ağzından güllələyən Əfqanıstan dəfələrlə azad, avtoritarizmin və qəddarlığın hökmranlıq etdiyi Myanmar və bir sıra Afrika ölkələri bizdən daha çox müstəqil mətbuata sahib imiş. Nədir Azərbaycana qarşı bu kin və nifrətin səbəbi görəsən?! Ermənistanı 61, bizi isə 168-ci yerdə göstərməyin bir adı var - ermənipərəstlik”.
Xəbəri paylaş