Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Təhsil Nazirliyi ehtiyacı olan ailələrə ərzaq yardımı edib



Newscenter.az.23.04.2020. Aprelin 23-də Təhsil Nazirliyinin əməkdaşları Pirşağı qəsəbəsində yerləşən Qarabağ sanatoriyasında məskunlaşmış 82 məcburi köçkün ailəsinə ərzaq yardımı edib.

Newscenter.az nazirliyə istinadən xəbər verir ki, yardım aksiyasının məqsədi pandemiya dövründə yaşayışında çətinlik yaranmış, ehtiyacı olan insanlara dəstək göstərməkdir.

Yardım aksiyası aprelin 24-də də davam etdiriləcək. Bakı şəhəri Nəsimi rayonundakı aztəminatlı, həmçinin tək yaşayan yaşlı insanlar olmaqla 62 ailəyə ərzaq yardımı ediləcək.
Xəbəri paylaş