Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Quba Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində yaşayan və maddi cəhətdən imkanı zəif olan vətəndaşlara dəstək olublar



Newscenter.az.25.04.2020. DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Newscenter.az-a verilən məlumata görə, polis əməkdaşları ölkədə elan edilmiş xüsusi karantin rejimində rayonun müxtəlif ərazilərində yaşayan 30 aztəminatlı ailəyə baş çəkərək, gətirdikləri müxtəlif ərzaq məhsullarından ibarət yardımları onlara öz evlərində təqdim ediblər. Polislər qonağı olduqları evlərdə sakinlərin sosial vəziyyətləri ilə maraqlanaraq, onları maraqlandıran sualları cavablandırıblar.

Rayon sakinləri xüsusi karantin rejiminin tətbiq olunduğu bu günlərdə onları unutmayan və qayğılarına qalan polis əməkdaşlarına minnətdar olduqlarını bildiriblər.

Mehman
Xəbəri paylaş