Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyədə bir gündə COVID-19-a 2 861 nəfər yoluxub



Newscenter.az.25.04.2020. Türkiyədə son bir gün ərzində koronavirusa yoluxanların sayı daha 2 861 nəfər artıb.

“Report”un məlumatına görə, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir qeyd edib ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 107 mini ötüb.

“Son 24 saatda 106 xəstə ölüb. İndi ölənlərin ümumi sayı 2 706, virusa yoluxanların isə ümumi sayı 107 773 nəfər olub” - deyə nazir özünün “Twitter”dəki səhifəsində yazıb.

Fahrettin Kocanın sözlərinə görə, virusa yoluxmuş 25 582 nəfər sağalıb.
Xəbəri paylaş