Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Azərbaycan Dəmir Yolları” pandemiyaya qarşı mübarizə məqsədilə bir sıra tədbirlər həyata keçirir



Newscenter.az.28.04.2020. “Azərbaycan Dəmir Yolları” QSC koronavirus dövründə pandemiyaya qarşı mübarizə məqsədilə bir sıra tədbirlər həyata keçirir.

Newscenter.az Səhmdar Cəmiyyətə istinadən xəbər verir ki, dəmir yolu işçiləri qorunma vasitələri ilə təmin edilib, iş yerləri xüsusi tibbi nəzarət cihazları ilə təchiz edilib

Bundan başqa iş otaqları, lokomotivlər, sərnişin qatarları, xüsusi özü hərəkət edən qatar tərkibləri, vağzal və stansiyaların gözləmə otaqları, perronlar və xüsusi qrafiklə hərəkət edən işçi elektrik qatarları dezinfeksiyaedici və qoruyucu vasitələrlə təchiz edlilb. Ölkə ərazisinə daxil olan yük qatarları avtomatik qurğular vasitəsilə dezinfeksiya edilir.

Bundan başqa cəmiyyətin aparatında və bütün struktur bölmələrində sosial izolyasiya tədbirləri çərçivəsində növbəli və evdən distant işləmə rejimi tətbiq edilir. Şəxsi ünsiyyətin minimallaşdırılması istiqamətində korporativ elektron sənəd dövriyyəsi tətbiq olunur. Videokonfranslardan geniş istifadə olunur, təlimatlandırma və maarifləndirmə işləri intensiv aparılır.

Anar
Xəbəri paylaş