Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyədə 92 nəfər koronavirusdan həlak oldu



Newscenter.az.28.04.2020. "Türkiyədə son sutkada daha 92 nəfər pandemiyanın qurbanı olub”.

“Report”un məlumatına görə, bunu ölkənin səhiyyə naziri Fahrettin Koca deyib.

Onun sözlərinə görə, Türkiyədə koronavirusdan ölənlərin ümumi sayı 2 992 nəfərə çatıb.

Nazir həmçinin daha 2 392 nəfərə koronavirus diaqnozu qoyulduğunu və beləliklə, infeksiya daşıyıcılarının sayının 114 653-ə yüksəldiyini bildirib.

F.Koca Türkiyədə son bir ərzində 5 018 nəfərin koronavirusdan sağaldığını və bu rəqəmin 38 809-a çatdığını da vurğulayıb.
Xəbəri paylaş