Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan-Avropa münasibətlərinin iqtisadi və siyasi qüdrətini növbəti dəfə nümayişi



Newscenter.az.30.04.2020. Prezident İlham Əliyevlə Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Suma Çakrabarti arasında keçirilən videokonfransda səsləndirilən fikirlər növbəti dəfə Azərbaycan-Avropa münasibətlərinin iqtisadi və siyasi qüdrətini nümayiş etdirdi. Tərəflər arasında möhkəm qarşılıqlı etimada əsaslanan səmərəli və faydalı əməkdaşlığın müxtəlif istiqamətlərdə yüksəldiyi nəzərə çarpmaqdadır. Qlobal təlatümlərin dərinləşdiyi bir dövrdə Avropa strukturlarının Azərbaycan hökuməti ilə demokratik islahatlar, iqtisadi proqramlar və digər inkişaf layihələri barədə olduqca ciddi və kifayət qədər məhsuldar fikir mübadiləsinin aparılması tərəflər arasında münasibətlərin cari inkişaf səviyyəsi və perspektivləri baxımından mühüm siyasi hadisə hesab edilə bilər.

Avropanın ən nəhəng təşkilatlarından biri olan Avropa Bankının rəhbəri regionda yüksək nüfuz sahibi olan Azərbaycanın apardığı siyasəti xüsusi diqqətdə saxlayır və böhran dövründə belə aparılan qətiyyətli islahatlardan məmnunluğunu ifadə edir. Suma Çakrabartinin bəyan etdiyi kimi Azərbaycan hökumətinin qəbul etdiyi qərarlar və görülmüş tədbirlərin həcmi çox böyükdür. Azərbaycan Prezidentinin atdığı addımlar olduqca qətiyyətli və çevikdir. Onun Prezident İlham Əliyevə “Siz qəbul etdiyiniz qərarlarla bu böhranın öhdəsindən əla gəlirsiniz” fikri davamlı islahatlara verilən növbəti beynəlxalq mötəbər qiymətdir.

Dünyanın ən mühüm strukturlarından biri olan AYİB-in yüksək rütbəli nümayəndələri ilə indiki şəraitdə keçirilən bu görüşü həm də Azərbaycana olan dərin etimadın nümunəsidir. Bu, sözügedən mötəbər təşkilatın ölkəmizlə yaxın və etibarlı tərəfdaş olmasının göstəricisidir. Bu, həm də Azərbaycanın Avropa strukturları ilə inteqrasiyadan uzaqlaşdığı barədə “beşinci kalon”un və bəzi anti-milli qüvvələrin cəfəng iddialarını darmadağın və növbəti dəfə məyus edən siyasi fakt, arqumentdir. Bəli, gerçəklik odur ki, Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi sayəsində Azərbaycan-Avropa əməkdaşlığı müxtəlif aspektlər üzrə əhatəli və geniş olmaqla dinamikasını və hərarətini dayanmadan irəlilədir.
Azərbaycanla Avropa strukturları arasında əlaqələrə dar çərçivədən və qərəzlə yanaşanlar unudurlar ki, tərəflər arasında mövcud olan faydalı əməkdaşlıq qarşılıqlı hörmət prinsiplərinə əsaslanır və hər iki tərəf bu ali meyarları rəhbər tutaraq möhkəm iradə ilə daha yeni strateji hədəflər imza atmaqda qətiyyətlidir...

Vaqif Abdullayev-siyasi elmlər doktoru, professor
Xəbəri paylaş