Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin 16 əməkdaşı koronavirusa yoluxdu



Newscenter.az.30.04.2020. Ermənistan Milli Təhlükəsizlik Xidmətində koronavirusa 16 yoluxma hadisəsi qeydə alınıb.

“Report” “News.am”a istinadən xəbər verir ki, məlumatı Ermənistan Milli Təhlükəsizlik Xidmətinin mətbuat katibliyi yayıb.

Bildirilib ki, Xidmətin daha 13 əməkdaşı həkim müşayiəti altındadır.

Qeyd edək ki, Ermənistanda virusa yoluxanların sayı 2 066-ya yüksəlib. Ölkə üzrə pandemiyadan ümumilikdə 32 nəfər ölüb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3 238 000-i ötüb. Bunların 1 010 530 nəfəri sağalıb, 228 850 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Xəbəri paylaş