Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Millət vəkili seçicilərinin daha bir problemini həll etdi



Newscenter.az. 30.04.2020. Milli Məclisin deputatı Kamal Cəfərov seçicilərinin daha bir problemini həll edib.

Newscenter.az xəbər verir ki, bu barədə millət vəkili özünün facebook səhifəsində məlumat verib. Bildirib ki, təşviqat kampaniyası zamanı şəxsən şahidi olduğu Sabirabad şəhərindəki 5 mərtəbəli binaların kanalizasiya problemi ilə bağlı "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynovla telefon əlaqəsi saxlayıb:

"Qorxmaz müəllim məsələni nəzarətə götürdü və dərhal müvafiq tapşırıqlar verdi. Şirvan regional su-kanal idarəsinin rəisi Azad müəllim bildirdi ki, qeyd edilən problemin həlli ilə bağlı proses artıq başlayıb və cari ilin may ayında Sabirabad şəhərində Heydər Əliyev prospektində yerləşən 2B, 2Q, 23B, 62 və 118 nömrəli binalar, o cümlədən İ.İsgəndərov küçəsində yerləşən 3 və 5 nömrəli binaların (ümumilikdə 7 bina) kanalizasiya problemi tamamilə həll ediləcək. Bu minlərlə sakinin həyat şəraitinin yaxşılaşdırılmasına təsir göstərəcək".

Millət vəkili məsələnin həlli ilə bağlı çevik reaksiyaya görə "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynova və bu prosesdə müvafiq dəstəyi verən Sabirabad rayon icra hakimiyyətinin başçısı Siraqəddin Cabbarova təşəkkür edib:

"Sizlərə söz verirəm ki, hər zaman yanınızda olacam və problemlərinizin həlli üçün köməyimi əsirgəməyəcəm".

Anar
Xəbəri paylaş