Newscenter.az.30.04.2020. Bildiyimiz kimi, Azərbaycan koronavirus pandemiyasına qarşı əksər dövlətlərdən daha çevik addımlar atdı. Həmçinin dövlətimiz koronavirus pandemiyasına qarşı mübarizədə dünyada öz fəal rolunu oynayır. Mövcud vəziyyət göstərir ki, koronavirus xəstəliyi uzunmüddətli prosesdir. Məhz buna görə də xəstəliyin yeni dalğasının yaranmaması üçün hələlik karantin rejiminin bütün tələblərinə, o cümlədən şəxsi gigiyena, özünütəcrid, kütləvi toplantılara yol verilməməsi, distansiya saxlanması və s. qaydalara riayət olunması zəruridir. Bu və digər məsələlərlə bağlı politoloq Ramiz Alıyev müsahibə verib.
- Koronavirus pandemiyasına qarşı mübarizədə Azərbaycan dövləti dünyada nə dərəcədə fəal rol oynayır?
- Əvvəla, onu deməliyik və xüsusən də vurğulamalıyıq ki, koronavirus (COVİD 19) pandemiyası dünyanı öz cənginə alanda Azərbaycan o dövlətlərdən oldu ki, öz xalqının sağlamlığını iqtisadiyatına qurban vermədi. Bəli, biz açıq deməliyik ki, əksər ölkələr iqtisadiyyatının zəifləməsinə görə koronavirusla açıq şəkildə mübarizə aparmaqda çətinlik çəkdi, çünki bütün ölkələrin qarşısında iki seçim var idi; ya iqtisadiyyat, ya xalqın sağlamlığı. Azərbaycan dövləti isə əlbətdə ki, ölkə başcısı İlham Əliyevin qətiyətli addımı və ciddi tapşırıqları ilə xalqımızın sağlamlığını önə çəkərək bir çox inkişaf etmiş ölkələrə nümunə olduğunu göstərdi. Bunun nəticəsi idi ki, bir çox ölkələr Azərbaycan dövlətinin bu pandemiya ilə mübarizə formasını öz ölkəsində tətbiq etməyə başladılar. Buna bir çox xarici ölkə mətbuatında biz şahidi olduq. Cənab Prezidentin ciddi tapşırığı və şəxsi nəzarəti ilə Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı və bütün aidiyyətı qrumlar həmin qərargahın üzvü olaraq adına uyğun formada operativlik nümayiş etdirdilər. Mən burada xüsusən Daxili İşlər Nazirliyinin əməkdaşlarını, tibb işçilərini, KİV nümayəndələrini qeyd etmək istərdim. Sözün həqiqi mənasında bir qəhramanlıq nümayiş etdirdilər bu sahədə fəaliyyət göstərən insanlar. Azərbaycan polisi bir daha göstərmiş oldu ki, hər an xalqının keşiyində durmağı bacarır. Tibb işçilərimizin də fədakarlığı olduqca bir qəhrəmanlıq idi, eyni zamanda KİV nümayəndələrinin xalqımızın və dövlətimizin yanında olmasını qeyd etməliyik. Bir sözlə, bildirməliyəm ki, xalq ilə dövlətin birliyi, xalqın öz liderinə inamı bir daha özünü göstərmiş oldu.
- Dövlətimizin koronavirus pandemiyası ilə bağlı atdığı addımlar nə kimi öz müsbət effektini verir?
- Dövlətimiz mütərəqqi addımlar atdı, həm virusa yoluxmanın qarşısını almaq məqsədi ilə vaxtında qabaqlayıcı tərdbirlər həyata keçirərək izolyasiya tədbirləri, karantin rejiminin tətbiq olunması, həmçinin də vətəndaşlarına maddi yardımlar etməklə bir növ dünyanın bəlasına çevrilən bu virusu xalqımızdan uzaqlaşdırmağı bacardı. Onun nəticəsidir ki, bu gün biz koronavirusa görə ən az insan itkisi olan ölkələrdən biriyik. Doğrudur, ölkənin iqtisadi sahəsinə bütün dünya ölkələrində olduğu kimi ciddi zərbə oldu, ancaq fikirimin öncəsində dediyim kimi, cənab Prezident öz xalqının sağlamlığını iqtisadiyyatdan daha öndə tutdu və bu da ancaq güclü liderlərə, xalqını sevən rəhbərə məxsus xüsusiyyətdir. Hesab edirəm tarixə yazılacaq qətiyyətli bir addım idi. Ölkə ərazisində karantində olan insanlara göstərilən dəstək, xəstəxanalarda müalicə üçün yaradılmış şərait, böyük bir klinikanın istifadəyə verilməsi insanlarımıza dövlətin vermiş olduğu dəyərdir. Fikir versəniz görərsiniz ki, pandemiya dövründə Prezident və ölkənin Birinci vitse-prezidenti, demək olar ki, öz xalqının yanından bir anlıq da olsa kənara çəkilmədilər və hər zaman onların yanında oldular, açılışlar etdilər, xalqa tövsiyələr verdilər, polislər və tibb işçilərinə xüsusi hörmət və ehtiramlarını bildirdilər. Bütün bunlar, həqiqətən alqışa layiq hadisələr idi. Buna görə idi ki, parlamentdə Milli Məclisin rəhbərliyi başda olmaqla bütün deputatlar həkimlərimizi, polislərimzi və digər əziyyəti olan peçşə sahiblərini ayaq üstə alqışladılar. Xatırlayırsınızsa, bu addımı ilk dəfə olaraq cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehraiban xanım Əliyeva atmışdır. Bu bir örnək və əziyyəti olan peşə sahiblərinə hörmət əlaməti idi. Həm də gələcəkdə o peşəni seçəcək gənclərə bir motivasiya idi.
- Karantin rejimi günlərində Azərbaycan həkimləri, polisləri və jurnalistlərinin əməyini necə qiymətləndirərdiz?
- Onların fədakarlığına ən yüksək qiyməti ölkə Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva vermişdir. Həmin peşə sahiblərini ayaq üstə alqışlayaraq, onlar haqqında dəfələrlə xoş sözlər deyərək həmin peşə sahiblərinə çətin, məsuliyyətli və şərəfli işlərində bir stimul vermiş oldular. Tibb sahəsində çalışan insanların günlərlə öz ailə üzvlərini görə bilməməsi və özlərini riskə ataraq həmin xəstəliklə üz-üzə dayanıb mübarizə aparmaları böyük bir fədakarlıq tələb edirdi. Eyni zamanda insanlar bu virusa yoluxmasın deyə gecə-gündüz xidmət edən polis əməkdaşları və Daxili Qoşunun əməkdaşlarının necə mülaiyim formada insanlara yanaşmaları, hər bir vətəndaşa öz doğmaları kimi yaxınlaşaraq mədəni formada onlara problem haqqında məlumatlar vermələri, onları incitmədən evlərinə yola salmaları, həqiqətən də bütün inkişaf etmiş ölkələrin hüquq-mühafizə orqanlarına nümunə ola biləcək addımlar idi. Mən bir məqamı da qeyd etməliyəm ki, bildiyiniz kimi, pandemiya dövründə bütün peşə sahibləri aztəminatlı ailələrə dəstək nümayiş etdirirdilər və təsirlisi də o idi ki, bizim polis əməkdaşlarımız xidmətdən çıxandan sonra öz yaşadığı, ya da xidmət etdiyi ərazidə ehtiyacı olan ailələrə maddi dəstək olurdular və bu anlar da dəfələrlə bir çox həm yerli, həm də xarici mətbuatda gündəm oldu. Ona görə ki, biz də xarici mətbuatı izləyirik və bir çox ölkələrdə pandemiya dövründə polisin insanlara qarşı kobud davranışlarını, insaları təhqir etmələrini görürük. Ancaq bizim polislərimiz həm insanlarımızın keşiyində dayanaraq onları incitmədən, karantin rejimini pozulmağına imkan vermir, həm də öz ehtiyacı olan insanlara maddi köməkilklərini göstərirlər, hətta xidmət etdikləri yerdə sahibsiz qalan heyvanlara və quşlara belə, yemək alıb verirdilər. Ona görə də mən düşünürəm ki, sözün həqiqi mənasında həm polislərimizə, həm də həkimlərimizə nə qədər təşəkkür etsək yenə də azdır.
- Yeni koronavirus dalğasının yaranmaması üçün insanlar əsas nəyə diqqət etməlidirlər?
- Bilirsiniz, dövlətimizin qoymuş olduğu sərt karantin rejiminin nəticəsidir ki, bu gün bizdə koronavirus pandemiyasına görə ən az insan itkisi qeydə alınıb. Ona görə də mütləqdir ki, arxayınlaşma olmasın, qoyulan qadağalara ciddi əməl olunsun. Bəzi ölkələrdə karantin rejimi yumuşadıldı və insanlar bundan sui-istifadə etdiklərinə görə yenidən xəstəlik alovlanmanmağa başladı. Buna görə də bizim hər birimiz özümüz özümüzə nəzarət etməli və qadağaları ciddi qəbul etməliyik ki, yenidən karantin rejimləri yaranmasın və sərtləşməsin. Dövlətimiz bütün lazimi addımları atdı və nəticəsi də göz önündədir, əgər, biz qaydalara əməl etməsək hesab edirəm ki, bizim ölkəmizdə də yenidən bu virus alovlana bilər. Ona görə də hər birimiz çəkilən əziyyətləri heç etməmək və böyük itkilərə səbəb olmamağımız üçün qoyulan qaydalara əməl etməliyik. Cənab Prezidentin də dediyi kimi BİZ BİRLİKDƏ GÜCLÜYÜK!