Newscenter.az.1.05.2020. "Narıncı zona hesab edilən ərazilərdə yenidən neqativ istiqamətdə dəyişiklik görsək, yenidən Nazirlər Kabineti yanında Operativ Qərargaha müraciət ediləcək".
"Report" xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Qərargahın brifinqində çıxışı zamanı deyib.
Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov isə qeyd edib ki, dalğalanma bütün ölkələrdə var:
"Əsas odur ki, vəziyyət nəzarət altında saxlansın".