Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gənclərin bacarıqlarınIN inkişafına yönəlmiş "Skills Up at Home" layihəsi başa çatıb



Newscenter.az.7.05.2020. 10 aprel - 3 may tarixlərində AIESEC Azərbaycanın təşkilatçılığı ilə peşəkar təlimçilər tərəfindən gənclər üçün keçirilən və bacarıqların inkişafına yönəlmiş "Skills Up at Home" layihəsi başa çatıb.

Newscenter.az xəbər verir ki, layihə çərçivəsində müxtəlif mövzuları əhatə edən bir neçə vebinar keçirilib. Onlayn vebinarlar ORKHANWAY Coaching-in təsisçisi Orxan Şahbazın təqdimatında "Şəxsi Brendinq”, “Azerbaijan Design Award”-ın təsisçisi Rəhim İsmayılovun təqdimatında "Qrafik dizayn və vizual kommunikasiya", müəllif və natiqlik bacarığı üzrə kouç Coşqun Kərimovun təqdimatında "Natiqlik və effektiv ünsiyyət" və “Milli Marketinq Forumu”-nun layihə meneceri Sevinc Şabanovanın təqdimatında “Rəqəmsal Marketinq” mövzularında baş tutub.

Qeyd edək ki, layihə çərçivəsində 270-dən çox gənc vebinarlara qatılaraq fərqli mövzularda biliklər əldə edib.
Xəbəri paylaş