Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Allahşükür Paşazadə KAICIID Beynəlxalq Dialoq Mərkəzinin Direktorlar Şurasının videokonfransında iştirak edib



Newscenter.az.13.05.2020. Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə 13 may tarixində KAICIID Beynəlxalq Dialoq Mərkəzinin Direktorlar Şurasının videokonfrans formatında keçirilən onlayn sessiyasında iclasında iştirak edib.

Newscenter.az xəbər verir ki, Şeyxülislam həzrətləri ilə bərabər Direktorlar Şurasında təmsil olunan Vatikanın Dinlərarası dialoq üzrə Pontifik şurasının prezidenti Kardinal Migel Ayuso, Ekumenik Patriarxatının Ekzarxı Mitropolit Emmanuel, Kenterberi Arxiyepiskopunun Dinlərarası məsələlər üzrə katibi, İngilis kilsəsinin Dinlərarası məsələlər üzrə məsləhətçisi Riçard Sudvort, Amerika Yəhudi Komitəsinin Dinlərarası məsələlər üzrə beynəlxalq direktoru Baş Ravvin David Rosen, Shanti Ashram təşkilatının direktoru dr. Kezevino Aram, habelə Beynəlxalq Mərkəzin məsul əməkdaşları videokonfransda iştirak etdilər. Onlayn sessiya məhsuldar keçib.

QMİ sədri Şeyxülislam həzrətləri videokonfrans iştirakçılarına məlumat verdi ki, Ramazan ayının sabahkı günü Azərbaycandakı dini konfessiyaların başçıları həmrəylik nümayiş etdirərək oruc tutub İftar süfrəsinə təşrif buyuracaqlar. Bu məclisdə birgə dualar ediləcək, Uca Yaradandan Vətənimiz və bütün dünyanın salamatlığı, ümumi bəladan xilas olmamız üçün ümumi istəklərimiz dilə gətiriləcək, Xaliqimizə xoş gedən dinlərarası dialoq və konfessiyalararası mənəvi harmoniya bariz nümayiş etdiriləcəkdir. Videokonfransa rəhbərlik edən Mitropolit Emmanuel bu təşəbbüsü yuksək dəyərləndirdi və Şeyxülislam A. Paşazadədən xahiş etdi ki, sabahkı birgə dua mərasiminin iştirakçılarına KAICIID üzvlərinin salamlarını və ən xoş arzularını yetirsin.

Məlumat üçün bildirək ki, KAICIID Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzi Səudiyyə Ərəbistanı, İspaniya, Avstriya tərəfindən təsis olunmuş və Vatikan dövlətinin baş müşahidəçi kimi çıxış etdiyi beynəlxalq hökumətlərarası təşkilatdır. Qərargahı Vyana şəhərində yerləşir.
Xəbəri paylaş