Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanda bundan sonra yeni dönəm başlaya bilər



Newscenter.az.13.05.2020. “Korrupsiyaya qarşı aparılan əməliyyatların icra hakimiyyətlərini, nazirlik və komitələri əhatə etməsi, yeni bir idarə modelinin qurulmasına gətirib çıxara bilər. Aparılan həbslər və təmizləmələrin davam etməsi istisna deyil”.

Newscenter.az xəbər verir ki, bu fikirləri AXCP sədrinin müavini Məhəmməd Əsədullazadə səsləndirib. O, bildirib ki, ölkə başçısı İlham Əliyev artıq proseslərə strat verib: “Dövlətin içində həbslər, hətta nazir müavinləri səviyyəsində həbslər, güc stukrukturlarında yoxlamaların reallaşması, bunu DTX-nın həyata keçirməsi, onu deməyə əsas verir ki, bunlar birdən-birə keçirilən əməliyyatlar deyil”.

Partiya rəsmisi deyib ki, postpandemiya dövrünə iqtidar çox ciddi şəkildə hazırlaşır və Azərbaycanda bundan sonra, yeni dönəm başlaya bilər:

“Bu əməliyyatlar və həbslər sıradan deyil. Bu, yeni siyasi mərhələyə başlanğıcdır. Proses davam edir və nəticəni gözləyək. Qeyd edim ki, ölkəmizin yerləşdiyi məkan siyasi konyukturalar baxımından çox problemlidir və burada ayrı-ayrı dövlətlərin maraq toqquşması var. Cənubi Qafqazda digər ölkələrdən fərqli olaraq burada siyasi iddialar və demokratik dəyərlər adı altında digər ölkələrin və mərkəzlərin sifarişini şəxsi mənfəətlərinə naminə reallaşdıran qüvvələr kifayət qədərdir. Ayrı-ayrı nazirikdə və komitələrdə, icra hakimiyyətlərində həbslər göstərir ki, dövlət maraqlarından yalnız özləri üçün istifadə ediblər. Vətənseverlik, dövlətçilik idelogiyası bu şəxslərdə olmayıb və nə qədər xalqa, dövlətə zərbə vurublar. Azərbaycanda ideloji iş qurulmalı və bu istiqamədə işlər aparılmalıdır”.

Anar
Xəbəri paylaş