Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

BMT Azərbaycandan yardım istəyib



Newscenter.az.13.05.2020. BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyi yardımla bağlı Azərbaycan Respublikasına müraciət edib.

Bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyinə Azərbaycan tərəfindən yardım ayrılması nəzərdə tutulur.
Xəbəri paylaş